XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 April 2017 - 13:31

Özbəkistanlı professor Ermənistan-Azərbaycan Sülh Platformasına qoşuldu –Bəyanat

Özbəkistanın İnsan Hüquqları üzrə Beynəlxalq Cəmiyyətinin baş katibi, professor, fizika-riyaziyyat elmləri doktoru Marat Zahidov  Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub.

Platformanın mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, bu barədə o, bəyanat verib.

Həmin bəyanatı olduğu kimi təqdim edirik: 

“İnsanların sülh içində yaşamaq hüququ var. Bu səbəbdən müharibəyə “yox” deyib Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll etmək zəruridir. Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, habelə hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi ifadə etmək istəyirəm.

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyini anlayıram. Münaqişənin sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinin vacibliyini qeyd etmək istəyirəm.

Əsrlərlə sülh və qardaşlıq içində birgə yaşayışın nəticəsində erməni və Azərbaycan xalqlarının ümumi ənənələri olub. Lakin münaqişənin həll olunmaması nəticəsində iki xalqın bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. Mən bunu böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm. İnsanların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyirəm. 

Yuxarıda qeyd olunan səbəblərə görə təmsil etdiyim təşkilat adından bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.