XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 April 2017 - 18:58

MSK bəzi DSK-ların tərkibində dəyişiklik edib –SİYAHI

Mərkəzi Seçki Komissiyası (MSK) bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə qərar verib.

MSK-dan Strateq.az-a verilən məlumata görə,  Zahid Zakir oğlu Əhmədov 57 saylı Kürdəmir, Nurəddin Hüseyn oğlu Əliyev 98 saylı Şəmkir şəhər, Cavid Akif oğlu Məmmədov 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad ediliblər.

MSK eyni zamanda, bəzi bəzi dairə seçki komissiyalarının tərkibinə yeni üzvləri də təyin edib.

Bu barədə qərara əsasən, Əhməd Muxtar oğlu Seyidov 49 saylı Yevlax – Mingəçevir, Abdulla Məhərrəm oğlu Sadıqov 98 saylı Şəmkir şəhər, İlqar Zirəddin oğlu Zeynalov 105 saylı Tovuz, Fazil Süleyman oğlu Hacıyev 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin olunublar.