XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

01 Aprel 2015 - 07:27

KAXCP iqtidar-müxalifət dialoqunu müzakirə edib – İclas
Bu gün Klassik Xalq Cəbhəsi Partiyası (KAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Partiyadan Strateq.az-a verilən məlumata görə, iclasda ictimai-siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək, uyğun qərarlar qəbul edilib.
İclasda hakimiyyətllə müxalifət partiyalarının görüşlərinin davam etdirilməsi müsbət hal kimi dəyrləndirilsə də, aparılan müzakirələrin hələki heç bir ciddi nəticə verməməsi ilə bağlı narahatlıqlar bildirilib: “Bundan əlavə, KXCP Zona Əlaqələndirmə Komitələrinin partiyanın sədri və digər rəhbər şəxslərinin iştirakı ilə Lənkəran, Quba və İsmayıllıda keçirilmiş yığıncaqları ilə bağlı məlumatlar dinlənilib. Partiyanın rayon şöbələrində keçirilən yığıncaqlara yerli hakimiyyət orqanlarının maneçilik törətməsi isə pislənilib”.
Sonda isə partiyanın rəhbər şəxslərinə Zona Əlaqələndirmə Komitələrinin toplantıları ilə bağlı tapşırıqlar verilib.
Strateq.az