XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

08 Aprel 2017 - 12:42

Novruz Məmmədov:"Müxtəlif bəyanatlar və təkliflər verilsə də, nəticəsi yoxdur"

"Təəssüflər olsun ki, beynəlxalq aləmdə vəziyyət daha da gərginləşərək yeni mərhələyə qədəm qoyur".

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Tvitter" səhifəsində yazıb.

N.Məmmədov qeyd edib: "Beynəlxalq birliyin əsas aktorları müxtəlif bəyanatlar və təkliflər versələr də, çağırışlar etsələr də, nəticəsi yoxdur.

Tərəflər anlaşmaya, dialoqa nail ola bilmirlər. Amma belə vəziyyətin səbəbləri də, nə dərəcə təhlükəli olması da aydındır".