XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 April 2017 - 18:10

Millət vəkilləri Brüsselə gedir –Milli Məclisdən xəbər

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, gənclər və idman komitəsinin sədri Fuad Muradov, deputat Cavanşir Feyziyev aprelin 9-da Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.

Parlamentin mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri Deyvit Makallisterin dəvəti ilə baş tutacaq səfər zamanı deputatlar avropalı həmkarları ilə bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə Azərbaycan ilə Avropa Parlamenti arasında əlaqələrin hazırkı durumu və əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.

Səfər aprelin 13-də başa çatacaq.