XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

08 Aprel 2017 - 19:54

Türk ekspert:“ABŞ, əslində, Suriya aviabazasına deyil, İrana zərbə endirib”

ABŞ-ın Şayrat aviabazasına raket zərbəsi İranın ünvanına siqnaldır. Strateq.az Türkiyə nəşrinə istinadən bildirir ki, bunu strategiya üzrə ekspert Hakan Akbaş deyib. Onun sözlərinə görə, “Tramp Suriyada Əsədə və Putinə deyil, başlıca olaraq İrana siqnal verib. Bunu Çin prezidenti ilə şam yeməyi vaxtı etdiyindən həm də Şimali Koreya liderinə mesaj göndərib”.

Akbaşın sözlərinə görə, son zamanlar Netanyahu, Misir prezidenti Ağ Evdə olublar, İordaniya kralı son üç ayda iki dəfə Trampla görüşüb və bütün bunlar İrana qarşı hazırlanan hərbi addımlardan xəbər verir.

Ekspert bildirir ki, hədəfə götürülmüş baza “Hizbullah” və İran yaraqlılarınn yığnaq yeri idi: “İran həm ABŞ, həm də Rusiya üçün təhlükədir. İranın son illərdə bölgənin bir çox ölkələrində nüfuz uğrunda apardığı müharibələrin nələrə gətirib çıxardığını hamımız görürük”.