“Amerika təcili şəkildə bu prosesə qoşulmalıdır”
Belorussiya prezidenti Lukaşenko hesab edir ki, ABŞ-ın iştirakı olmadan Ukrayna münaqişəsini nizamlamaq mümkün deyil.
Strateq.az “Bloomberg”-ə isnadən bildirir ki, Lukaşenko deyib: “Ən çox narahatlıq doğruan odur ki, bu prosesə ABŞ açıq şəkildə qoşulmaylb”.
Onun fikrincə, “Amerikalılarsız Ukraynada heç bir sabitlik mümkün deyil . Mən son zamanlar bizə gəlmiş ABŞ təmsilçiləri ilə görüşərkən bu baxışı təkidlə onların nəzərinə çatdırmışam. Əgər amerikalılar Ukraynada sülh və sabitlik olmasını istəyirlərsə, təcili şəkildə bu prosesə qoşulmalıdırlar”.