XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

10 Aprel 2017 - 08:53

Qüdrət Həsənquliyev:“Moskva  2013-cü ildə olduğu kimi, yenə Azərbaycana təzyiqə başlayıb”

“Mən inanmıram ki, Rusiya Ümumrusiya Azərbaycanlılar Konqresini ləğv etsin, sadəcə, təzyiq kimi istifadə edirlər. Təşkilat ləğv olunsa, münasibətlər ziyan çəkər, inanmıram ki, Rusiya münasibətlərin tam pozulmasında maraqlı olsun. Sadəcə növbəti dəfə 2013-cü il seçkilərində olduğu kimi, Azərbaycana təzyiq edirlər.

Bu sözləri BAXCP sədri, deputat Qüdrət Həsənquliyev musavat.com-a müsahibəsində deyib.

Deputatın sözlərinə görə, Azərbaycan-Türkiyə-Gürcüstan birgə hərbi təlimlər keçirməyə hazırlaşır, bu da onları qıcıqlandıra bilər: “Yaxud seçki ərəfəsində Sərkisyan Moskvada Putinlə görüşdü, orda hansısa məsələləri müzakirə edib razılaşdıra bilərlər. Yaxud da Qarabağ məsələsi ilə bağlı hansısa plan var. Ermənistanın danışıqlardan çıxması sözsüz ki, Rusiyanın istəyidir. Ola bilməz ki, Moskva İrəvanın danışıqlar masasına qayıtmasını istəsin, amma Ermənistan cığallıq etsin. Deməli, nə Dağistanda sürücülərin etirazı təsadüfi deyil, nə İrəvanın danışıqlardan kənarlaşması, nə də ÜAK-ın ləğvi məsələsinin gündəmə gətirilməsi. Ola bilər ki, Rusiya Azərbaycanın hansısa qərarlarından narazı qalıb, yaxud Bakıdan nələrsə istəyir. Bunu hökumət rəsmiləri dəqiqliyi ilə bilər. Amma bu yaxınlarda Lavrov açıqladı ki, biz Azərbaycanı Avrasiya İttifaqında görmək istərdik. Sözsüz ki, Lavrov bu cür açıqlamanı özbaşına verə bilməz, bu, birbaşa Putinin istəyidir”.

Q. Həsənquliyevin sözlərinə görə,  Moskvada Rusiya siyasi elitasına yaxın adamlar var. Bu məsələlərdə onların da barmaqlarının olmasını istisna etmək olmaz: “Mən adlar çəkmək istəmirəm, heç soruşmayın da. Onların Rusiyanın hüquq sisteminə kifayət qədər yaxın olanları var. Onlar üzdə Azərbaycan hökumətini dəstəklədiklərini desələr də, reallıqda bu hakimiyyətə qarşı kifayət qədər düşmən mövqedə olan adamlardırlar. Ümumiyyətlə, 2018-ci il prezident seçkiləri gəlir. Düşünürəm ki, Rusiya seçki ərəfəsində Azərbaycandan nəsə qopartmaq üçün təzyiqləri artıra bilər”.