XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

10 Aprel 2017 - 10:43

Elmar Məmmədyarov Polşaya rəsmi səfərə gedib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşa Respublikasına rəsmi səfərə yola düşüb.

Səfər çərçivəsində Elmar Məmmədyarov Polşa xarici işlər naziri Vitold Vaşçıkovski və digər rəsmi şəxslərlə görüşəcək. Polşaya səfər əsnasında Elmar Məmmədyarov aprelin 12-də Varşavada keçiriləcək Vışeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

Vışeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclası çərçivəsində nazir Elmar Məmmədyarovun ikitərəfli görüşləri və çıxışı nəzərdə tutulub.