XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

10 Aprel 2017 - 16:55

Milli Məclisin iki deputatı Türkiyədəki seçkini müşahidə edəcək

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat  Ağalar Vəliyev Türkiyədə keçiriləcək referendumu  müşahidə etmək üçün  aprelin 13-də  Ankaraya  səfərə gedəcəklər.

 Milli Məclisin mətbuat xidmətindən bildirilib ki, millət vəkilləri Türkiyə Konstitusiyasına ediləcək dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsində Türkdilli Ölkələrin Parlament Assambleyasının xətti ilə iştirak edəcəklər.

 Deputatlar digər müşahidəçilərlə bərabər bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişini və vətəndaşların fəallığını izləyəcəklər.

Səfər aprelin 17-də başa çatacaq.