XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

12 Aprel 2017 - 15:27

Mark Hauptman:“Xocalı faciəsinin təkrarlanmaması üçün silahlı zorakılıq hallarının qarşısı qətiyyətlə alınmalıdır”

"Suveren dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı beynəlxalq münasibətlərin təməl prinsipləridir".

Trend-in məlumatına görə, bunu Almaniya Bundestaqının Xristian Demokratlar İttifaqı fraksiyasının üzvü Mark Hauptman Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində beynəlxalq təşkilatların rolu və iştirakı barədə sualına cavab olaraq bildirib.

M.Hauptman qeyd edib: "Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bir-biri ilə əlaqəli olan dörd qətnaməsində aydın şəkildə bildirilir ki, erməni silahlı qüvvələrinin beynəlxalq hüquqa zidd olaraq işğal etdiyi Azərbaycan ərazilərindən dərhal çıxarılması və məcburi köçkünlərin dogma torpaqlarına qayıtması prioritetdir".

O vurğulayıb ki, məcburi köçkünlərin öz dogma evlərinə qayıtması Almaniya hökümətinin diqqət mərkəzində olan məsələdir.

Bundestaq üzvü bildirib ki, Almaniya çoxtərəfli formatda, ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin həllini dəstəkləyir və bunu gələcəkdə də edəcək: "Bu il Avstriyanın ATƏT-də sədrliyi zamanı münaqişə iştirakçıları arasında davamlı etimadın qurulması prioritet olacaq bəyanatını eşitməkdən məmnun olduq. Sülhə yalnız danışıqlar masasında nail olmaq olar".

Ötən ilin aprel ayında Ermənistan hərbi qüvvələrinin təmas xətti boyunca Azərbaycan mövqelərinə qarşı həmlə etməsinə toxunan almaniyalı deputat deyib:

“Beynəlxalq münasibətlər sisteminin təməli olan güc tətbiqinin ümumi şəkildə qadağan edilməsi prinsipi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə davamlı şəkildə riayət edilməsi münaqişənin sürətli siyasi həlli üçün əsasdır. Bunu rəhbər tutan Almaniya hər hansı bir təcavüzü kəskin şəkildə pisləyir. Xocalı faciəsinin təkrarlanmaması üçün silahlı zorakılıq hallarının qarşısı qətiyyətlə alınmalıdır”.