XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

12 Aprel 2017 - 15:51

“Stratfor”:Moskva Azərbaycanla təhlükəsizliklə sahəsində  əməkdaşlıq üzərində işləyir

Rusiyada bir müddət əvvəl baş vermiş terror hücumlarının nəticələrinin öhdəsindən gələ bilmək üçün rəsmi Moskva qonşu ölkələrlə, xüsusilə də Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsi üzərində işləyir.

 Bu, ABŞ-ın “Stratfor” analitika mərkəzinin məqaləsində yer alıb. Məqalədə qeyd olunur ki, bu məqsədlə Rusiya Təhlükəsizlik Şurasının katibi Azərbaycanda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev və təhlükəsizlik sahəsi ilə əlaqədar rəsmi şəxslərlə görüşüb.

 Müəllifin fikrincə, Azərbaycan ənənəvi olaraq təhlükəsizlik məsələlərində neytrallığını qoruyub saxlayır. Amma Dağlıq Qarabağ məsələsində Rusiyanın fəaliyyəti Bakı ilə Moskva arasında təhlükəsizlik və hərbi əməkdaşlığın möhkəmlənməsinə gətirib çıxarıb.