XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

13 Aprel 2017 - 13:24

“Bakıdan öyrənə biləcəyimiz çox şey var” –Vitali Kliçko

"Bakıdan öyrənə biləcəyimiz, beynəlxalq tədbirlərin keçirilməsi baxımından əldə edilmiş müsbət təcrübədən istifadə etmək üçün çox şey var".

Bunu Bakıda səfərdə olan Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Vitali Kliçko jurnalistlərə açıqlamasında deyib.

Azərbaycan Prezidenti İlham Əliyev ilə bu gün baş tutan görüşü şərh edən V.Kliçko Kiyev və Bakı arasındakı əlaqələrin inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirə olduğunu bildirib.

"Bu əlaqələrinin daha sıx olması çox vacibdir", – Kliçko vurğulayıb. O, biznes, mədəni əlaqələrin, idman sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

O, Bakının bundan əvvəl "Eurovision" mahnı müsabiqəsi kimi yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etdiyini xatırladıb və bu təcrübənin Kiyev üçün faydalı ola biləcəyini qeyd edib.

Kiyev meri Bakıda keçirilən Şopinq festivalını şərh edərkən belə tədbirlərin insanlara daha geniş imkanlar verəcəyini bildirib: "Bu, şəhərin, o cümlədən turizm potensialının inkişafına təkan olacaq".

Report