İŞİD üçün döyüşən Azərbaycan vətəndaşı tutuldu
Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı tutulub.
Bu barədə hüquq-mühafizə orqanlarından APA-ya bildirilib.
Verilən məlumata görə, Bakı sakini, 1989-cu il təvəllüdlü Bəkirov Telman Əvəz oğlu Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub. Aparılan araşdırmalar zamanı onun Suriya və İraqda İŞİD silahlı birləşməsinin tərkibində döyüşlərdə iştirak etdiyi məlum olub.
Onun barəsində həbs qətimkan tədbiri seçilib və araşdırma aparılır.