XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

14 Aprel 2017 - 09:50

Prezident Heydər Əliyevin sabiq müşaviri:“Hazırda “rəngli inqilabın” yetişdiyi ən potensial ölkə Rusiyadır”

inqilab.jpg

 “Rusiyada ”rəngli inqilablar"ın başvermə ehtimalları kifayət qədər yüksəkdir. Rusiya bu gün nə MDB, nə də KTMT ölkələrinin qayğısına qalmır. Putin bu açıqlaması ilə öz xalqına, daxilində olan etnik millətlərə mesaj göndərir. Çünki son günlər Rusiyada baş verən aksiyaların əslində Dmitri Medvedyevin əleyhinə çevrildiyi görünsə də, Putin rejiminin birbaşa əleyhinə idi.

Bu sözləri sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Putinin "KTMT üzü olan ölkələrdə “rəngli inqilablara" imkan verməyəcəyik” bəyanatını musavat.com-a şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Putini qayğılandıran nə Özbəkistan, nə Azərbaycan, nə də başqa respublikalardır: “Onu qayğılandıran bu dəqiqə Rusiyanın taleyidir. O qeyd edir ki, “rəngli inqilablar” ictimai-siyasi gərginliyi pozur, gərginlik yaradır. Bu zaman o yəqin ki, Yeltsin dövrünü xatırlayır. Onun dövründə ordunun səviyyəsinin nə qədər aşağı düşdüyü, keçmiş SSRİ məkanında müstəqillik meyllərinin nə qədər gücləndiyi, eləcə də Rusiya daxilindəki Çeçenistan, Tatarısan kimi ərazilərdə müstəqillik əhval-ruhiyyəsinin nə qədər güclü olması və Yeltsinin buna “nə qədər həzm edə bilirsinizsə, o qədər də müstəqillik götürün” şüarı Putinin yaddaşında möhkəm qalıb. Rusiya böyük ərazilərə sahib olmasına baxmayaraq, bundan səmərəli istifadə edə bilmir. Nəticədə xalqın rifah səviyyəsi çox aşağı düşüb. Bu məqamda “rəngli inqilablar”ın yetişdiyi ən potensial ölkə Rusiyanın özüdür”.

Q. Hüseynlinin sözlərinə görə, rus xalqı hər zaman inqilabları sevib və bunun avanqardı rolunu oynayıb. Rusiyanın tarixi inqilablar və yarım inqilablarla doludur. Bu xalq yenilik və inkişafın daim tərəfində olub: “Putin rejiminin siyasəti xalqın ziyalı və yuxarı təbəqəsində də ciddi etirazlar doğurmaqdadır. Rus xarakterini nəzərə alsaq, rusların tarixi proseslərdə göstərdikləri inqilab həvəslərini göz önünə gətirsək, deyə bilərik ki, Putini ən çox qayğılandıran “rəngli inqilablar”ın MDB məkanına yayılması deyil, Rusiya da baş verə biləcəyidir”.

Politoloq qeyd edib ki, faktları diqqətlə öyrəndikcə usiyanın hər gün bir az da “rəngli inqilablar”a doğru sürükləndiyi görünür: “Müdafiə naziri Şoyqunun ondan əvvəl bu tipli açıqlamalar verməsi, yenə də mənə elə gəlir ki, Rusiyaya bir işarədir. Düzdür, Rusiya MDB məkanında demokratik meyllərin yayılmasına ən çox əngəl olan dövlətdir. Düşünürəm ki, kimlərsə MDB məkanında “rəngli inqilablar”ı həyata keçirmək istəyirsə, öncəliklə Rusiyadan başlamalıdır. Çünki bu ölkə irticanın və avtoritarizmin dayağıdır.

Başqa ölkələrdə inqilabların baş verməsinə mane olan başlıca qüvvədir. Şoyqunun nə deməsindən asılı olmayaraq, fikirlərimdə qalıram. Bu sözlər hazırkı Rusiyanın mövcud situasiyasına uyğun şəkildə deyilir”.

Politoloq “rəngli inqilablar”ın Azərbaycana təhlükəsindən də söz açıb: “Açığı, ölkəmiz acısından bunu görmürəm. Çünki Azərbaycanda ictimai fəallıq yoxdur. İqtisadi cəhətdən inkişaf da digər dövlətlərdən fərqlənir. Yaxınlarda müxalifət mitinq keçirdi, aksiyada cəmiyyəti hərəkətə gətirə biləcək elektoral baza olmadı. Bütün bunlar onu göstərir ki, Azərbaycan hələ belə dəyişikliklər üçün yetişməyib”.

Xatırladaq ki, son 13 ildə regionun bir sıra ölkələrində “rəngli inqilablar” adı ilə dövlət çevrilişləri baş verib. Bunlardan Gürcüstandakı “qızılgül”, Qırğızıstandakı “zanbaq”, Ukraynadakı “narıncı”, Tunisdəki “yasəmən” və Misirdəki “nilufər” inqilablarını qeyd edə bilərik.