XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

14 Aprel 2017 - 12:04

Həbsdə olan “Azadlıq” qəzetinin yayım direktoru həkim müayinəsindən keçirilib:“Öd kisəsi və qara ciyərində problemlər var” – Vəkil

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin həbsdə olan köməkçisi, "Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirli vəkili ilə görüşüb.

Bu barədə Trend-ə F.Əmirlinin vəkili Fəxrəddin Mehtiyev məlumat verib.

Vəkil bildirib ki, F.Əmirli səhhəti ilə bağlı 1 saylı Bakı İstintaq Təcridxanasında həkim müayinəsindən keçirilib: "Onun öd kisəsi və qara ciyərində problemlər var. Buna görə də, təcridxananın tibb müəssisəsində müayinə olunub, xəstəliyi təsdiqlənib. Hazırda müalicəsi davam etdirilir".

Vəkil bildirib ki, F.Əmirlinin saxlanma şəraitindən narazılığı yoxdur. Qeyd edək ki, bu il martın 11-də F.Əmirli barəsində seçilmiş həbs qətimkan tədbiri başa çatırdı. İstintaq orqanının təqdimatı əsasında Nəsimi rayon Məhkəməsi F.Əmirli barəsində olan həbs qərarının müddətini iyun ayının 2-dək uzatmışdı. F.Əmirlinin vəkili qərardan apellyasiya şikayəti vermişdi.

F.Əmirli ötən il avqustun 20-də saxlanılıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. Onun barəsindəki həbs qətimkan qərarının müddəti bir neçə dəfə artırılıb.

O, Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.