Ergin Yıldızoğlu
Cumhuriyet (Türkiyə), 14.04.2017
16 aprel referendumundan öncə son məqaləmi müəyyən bir dilxorluqla yazıram. İnanıram ki, səsvermə prosedurunun, səslərin sayılma təhlükəsizliyini təmin etmək mümkün olacağı halda “yox” qalib gələcək. Amma düşünürəm ki, bu gün hakimiyyətdə olan adam, hərəkat və partiya buna yol verməmək üçün bütün imkanlarından istifadə edirlər – hətta fiziki və rəmzi zorakılıq və ölkəyə dərin yaralar vurmaq bahasına. Mən nikbin ola bilmirəm. Hakimiyyətdə olanların ruhsal durumu, “xarici siyasətdəki şizofreniya və paranoyya, ölkə daxilindəki nifrət” yaxşı heç nə vəd etmir.
Həm Amerika, həm də Rusiya
Ədalət və İnkişaf Partiyasının xarici siyasəti şizofreniya əlamətlərini (şüurun müxtəlif gerçəkliklər arasındakı rabitəsizliyi mənasında) əyani şəkildə aşkarlayır. Bir tərəfdən, Türkiyə NATO üzvü, AB-yə girməyə namizəddir, digər tərəfdən Rusiya ilə yaxınlaşmağa cəhd edir, AB ilə əlaqələri kəsməyə başlayır. ƏİP bir tərəfdən ABŞ nüfuzundan yararlanmağı arzulayır, digər tərəfdən Qərb (xristian) sivilizasiyasına alternativ kimi müsəlman sivilizasiyasından danışır və xarici siyasətdəki layihələrinin iflası ilə əminlik ifadə edir ki, sivilizasiyaların hansısa savaşında Türkiyə Qərbin nişangahına dönür.
ƏİP referendum yaxınlaşdıqca bir tərəfdən Avropadakı Türkiyə mənşəli əhalini səfərbərlik etməyi arzulayır, digər tərəfdən bu yöndə Avropadan dəstək ala bilmir. O öz ölkəsində yaranmış basqı mühiti, həbsxanadakı jurnalist və yazıçıları unudub Almaniya və Hollandiyanı “faşist və faşist cocuqları” adlandırıb: “Siz küçələrdə rahat gəzə bilməzsiniz”. Və “xaçla ayparanın savaşı”, “yeni səlib yürüşləri” haqda ritorika əsasında Avropada “bəli”nin xeyrinə kampaniya keçirməyə başladı. 2007-ci ildə bütün Qərbin ƏİP-i müdafiə etdiyini unudan Tayib Ərdoğan ƏİP tərəfdən müxalifətə nisbətdə irimiqyaslı rəmzi zorakılıq müqabilində “yox” uğrunda çıxış etdiyi üçün bu gün Qərbi ittiham edir.
ƏİP rəhbərliyi bir tərəfdən Rusiya ilə əməkdaşlığı inişaf etdirməyə səy göstərir, digər tərəfdən Trampın Suriyaya buraxdığı raketlərin tüstüsü dağılmamış üçüncü dünya savaşı törədə biləcək duruma qarışmaq həsrətindədir.
“Biz (Qərbə) xidmətə hazırıq, gəlin, biz də qatılaq və gərəkən hər şeyi edək” (yəni faktiki olaraq “gəlin, bizim uşaqları ətçəkənə ataq”). ƏİP bunu deyərək bir anda bu cür lada köklənir: “Rusiya və İranın nüfuzunu qırmaq lazımdır”…
Bu xəstə ağıl referendumda “bəli” qələbəsinə nail olmaq və ölkədə despotik rejim qurmaq istəyir.
Yalan və kin
Siyasi islamın ƏİP-in başçılığı ilə referendumda istənilən qiymətə “bəli”ni təmin etmək cəhdi, ictimai rəy sorğusunun göstərdiyi kimi, ölkə xalqını iki düşərgəyə bölüb. Bu qütbləşmə şəraitində “bəli” tərəfdarları içində dozası tədricən yüksələn kin ritorikası, “xeyr” kampaniyasını hədəfə götürən fiziki və rəmzi zorakılıq göstərir ki, “xeyr” deməyə hazırlaşanları, nə az, nə də çox, “şeytan”, “yad” saymağa başlayıblar.
Türkiyə cəmiyyətinin bu cür qalın xətlərlə rəmzi şəkildə bölünməsində müxalifətin və “bəli”ni təmsil edən və lehinə səs veriləcək konstitusiya haqda daim yalan danışan rəhbərliyin böyük məsuliyyəti var. Bu rəhbərlik, siyasi-islami ziyalılar “xeyr” səsinə dini məna yükləyirlər. “Yox” deməyə hazırlaşanları “din düşməni” elan edərək onarı öz tərəfdarlarının gözündə “terrorçular”, “vətən xainləri” kimi təqdim edirlər. Bu çevrələrin eyni zamanda silaha əl atmağı təsəvvürümüzdə olduqca dəhşətli ssenari təsvir edir.
İflaslı xarici siyasət, cəmiyyət daxilinəki qütbləşmə ölkəni uçuruma sürükləyir. Hadisələrin bu cür inkişafına durmaq üçün referendumdakı qələbə “yox” uğrunda olmalıdır.
Tərcümə Strateq.az-ındır.