XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

14 Aprel 2017 - 15:45

Prezident Administrasiyasında 10 ildir siqaret çəkməyə qadağa qoyulub –Deputat

Milli Məclisin deputatı İlham Əliyev parlamentin foyesində siqaret çəkilməsinin qadağan olunmasını təklif edib.

“Report”un xəbərinə görə, İ.Əliyev bu təklifi Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanmış “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi zaman səsləndirib.

O deyib ki, Prezident Administrasiyasında 10 ildən artıqdır siqaretin çəkilməsinə qadağa qoyulub: “Bir müddət orada işləmişəm. Ola bilər, kimsə gizlincə çəksin. Amma deyim ki, siqaretin çəkilməsi üçün yer nəzərdə tutulmayıb. Milli Məclisin foyesində də siqaret çəkilməsinə qadağa qoyulmasını təklif edirəm”.