Ankara və İstanbul şəhərlərində vətəndaşlar irimiqyaslı aksiyalar keçirərək konstitusiyaya düzəliş üzrə referendumun nəticəsinə etiraz ediblər.
Etiraz edənlər səsvermənin nəticələrinin ləğvini tələb edirlər. Ankara və İstanbulda etiraz aksiyaları ilə yanaşı Türkiyə hökumətinin tərəfdarları ictimai məkanlara toplaşaraq şənlik etməyə başlayıblar.
Anadolu İnformasiya Agentliyinin məlumatına görə, səs qutularının 99%-nin sayılması ilə Rəcəb Tayyib Ərdoğana əlavə səlahiyyətlərin verilməsini nəzərdə tutan Konstitusiyaya düzəlişlərin lehinə səs verənlərin sayı 51,4% olub.
Qeyd edək ki, Türkiyənin üç böyük şəhərinin sakinlərinin əksəriyyəti bu referendumda əleyhinə səs verib.