XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

17 Aprel 2017 - 11:23

Türkiyə müxalifəti nəticələrin yenidən sayılmasını tələb edir –CHP – dən etiraz

Türkiyənin əsas müxalifət partiyası prezident səlahiyyətlərinin genişləndirilməsinə mümkün etmiş referendumun nəticələrini sorğulayacaqlarını bildiriblər.

Cümhuriyyət Xalq Partiyası (CHP) səsvermə prosesində qanunsuzluqları misal çəkərək qapalı nəticələrin legitimliyinə şübhəli yanaşır. Hesablanan bülletenlərin 99.45 faizinə görə, "Bəli" kampaniyası 51.37, "Yox" isə 48.63 faiz qazanıb və seçki komissiyası bunu "Bəli" üçün qələbə adlandırıb. Bu, Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanı 2029-ci ilə qədər vəzifəsində saxlaya bilər. Ərdoğan tərəfdarları bildirirlər ki, parlament sisteminin icraçı prezidentlik sistemi ilə əvəzlənməsi ölkəni müasirləşdirəcək.

Qalibiyyət Türkiyədə bayram və etirazlarla müşahidə edilib. Sevincli Ərdoğan tərəfdarları böyük şəhərlərdə nümayişlər keçiriblər, İstanbulda referendumun əleyhdarları isə ənənəvi etiraz kimi qazan və tavaları bir-birinə vuraraq etiraz bildiriblər. CHP səslərin 60 faizinin yenidən sayılması tələb edib. Onlar möhürü olmayan seçki bülletenlərinin sübut olmadığı halda etibarlı hesab edilməsi qərarını tənqid ediblər.

Türkiyənin üç iri şəhəri- İstanbul, Ankara və İzmir "Yox"a səs verib. Ölkənin cənub-şərqindəki Diyarbəkir vilayətində seçki məntəqəsinin yaxınlığında üç nəfər necə səs verməyə dair mübahisə zamanı güllələnib.

Avropa Komissiyası bəyanatında Türkiyə hakimiyyətini konstitusiya islahatlarının həyata keçirilməsi zamanı "ən geniş mümkün milli konsensus axtarmağa" çağırıb. (BBC)