XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

17 Aprel 2017 - 11:56

Elmar Məmmədyarov Maltaya gedib –SOCAR-ın vitse-prezidenti də nazirlə birgə səfərdədir  

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Maltaya səfərə gedib.

"Report" xəbər verir ki, üçgünlük səfər zamanı Azərbaycan XİN başçısı maltalı həmkarı Corc Vella, Malta prezidenti Mari-Luiz Koleyro Preka ilə danışıqlar aparacaq. Səfər çərçivəsində ölkələr arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə ediləcək.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibinə həmçinin Azərbaycanın Maltadakı səfiri Məmməd Əhmədzadə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) investisiya və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov daxildir.