XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

17 Aprel 2017 - 17:57

İsa Qəmbər:“Vaxt gələcək, Türkiyə yenidən referendum keçirib parlament sisteminə dönəcək”

“Hesab edirəm ki, bu hadisə Türkiyədəki müəyyən daxili səbəblərdən,  eyni zamanda regional və qlobal səbəblərdən baş verən hadisədir. Bu dönəm uzun çəkməyəcək. İllə bağlı proqnoz verə bilmərəm, amma zaman gələcək yeni referendumla Türkiyə yenidən parlament sisteminə doğru dönməyə addım atacaq”.

Strateq.az bildirir ki, bu sözləri Azərbaycan Milli Məclisinin sabiq sədri İsa Qəmbər Türkiyədə keçirilmiş referendumun nəticələrini “Amerikanın səsi”nə şərh edərkən deyib.

Müsavatın eks-başqanı deyib ki, o, parlament üsul-idarəsinin tərəfdarıdır: “Mən bütövlükdə parlament respublikasının tərəfdarıyam. Eyni zamanda türk xalqının siyasi iradəsinə hörmətlə yanaşmaq hər birimizin borcudur.  Türkiyə xalqı bu gün kiçik üstünülüklə olsa, ciddi tərəddüdlərlə olsa da prezident üsul-idarəsinə səs verdi”.

İsa Qəmbərin sözlərinə görə bu seçkinin regiondakı siyasi vəziyyətə də müəyyən təsirləri olacaq: “Regionda demokratiyanın inkişafı, prezidentli respublikaların parlamentli respublikalara çevrilməsi cəhdləri bir az da çətinləşəcək”.