XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

17 Aprel 2017 - 18:51

“Azadlıq” qəzetinin həbsdə olan direktoruna qarşı  yeni ittihamlar irəli sürülüb –VƏKİL

Bu gün 1 saylı Bakı İstintaq təcridxanasında "Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirliyə yeni ittihamlar irəli sürülüb.

Bu barədə Faiq Əmirlini vəkili Fəxrəddin Mehdiyev məlumat verib. İstintaq orqanı onun Cinayət Məcəlləsinin 213.1 ci maddəsi ( vergidən yayınma) və 308-ci maddəsi ( vəzifə səlahiyyətindən sui-istifadə) ilə təqsirli bilinməsi qənaətinə gəlib.

Faiq Əmirli ittihamı qəbul etməyərək ifadə verməkdən imtina edib.

Faiq Əmirli 2016-cı il avqustun 20-də saxlanılıb. Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 283.1 (Milli, irqi, sosial və ya dini düşmənçilik) və 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərmək və bu fəaliyyətlə ictimai asayişi pozmaq) maddələri ilə cinayət işi qaldırılıb.

2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd edən "Hizmət” hərəkatı ilə əlaqədə təqsirli bilinirdi.