XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

20 Aprel 2017 - 10:25

“İcra başçıları ölkə başçısının çıxışını ciddi şəkildə oxumalıdırlar” –Deputat

Bu müşavirənin keçirilməsi çox ciddi siyasi və iqtisadi bir məsələdir. Azərbaycan ənənəvi neft ölkəsidir və müstəqillik qazandıqdan sonra qeyri-neft sektorunun inkişafına diqqət yetirib. 1993-cü ildə büdcənin 96 faizi neftdən asılı idisə, 2017-ci ildə bu rəqəm 40 faizə qədər düşdü. Ölkə rəhbərliyi qeyri-neft sektorunun inkişafında və ixrac qabiliyyətinin artırılmasında maraqlıdır.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsi haqda danışan millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkili bildirib ki, əslində, müşavirə görülən işlərin ilkin yekununu və qarşıya qoyulan əsas məqsədləri özündə ehtiva edirdi:

“Prezidentin qeyd etdiyi kimi, artıq qeyri-neft sektorundan olan məhsulların ixracı Azərbaycana 100 milyonlarla gəlir gətirib. Bunların içərisində həm kənd təsərrüfatı, həm də sənaye məhsulları var. Bu məhsulların həcmini və sayını artırmaq mümkündür və keçirilən müşavirədə də qarşıya konkret məqsədlər qoyuldu. Hesab edirəm ki, sahibkarlar dövlətin timsalında özlərinə çox ciddi dəstək gördülər. Ancaq təkcə sahibkarın istəyi kifayət deyil, şəraitin də yaradılması mühümdür. Bu gün xarici bazarların öyrənilməsi, vergi və gömrük siyasətinin təkmilləşdirilməsi, sahibkarlara biznes məsləhətləri və sərfəli kreditlərin verilməsi ixrac yönlü məhsulların sayının artmasına gətirib çıxaracaq. Xaricdə Azərbaycan ticarət evlərinin yaradılması, sərgilərdə iştirak və konkret müqavilələrin bağlanmasıartıq bu istiqamətdə inkişaf deməkdir”.

Millət vəkili müşavirədə yeri icra hakimiyyətlərinin qarşısına çox mühüm və sərt tələblərin qoyulduğunu diqqətə çatdırıb:

“Bundan sonra regional icra hakimiyyətlərinin fəaliyyəti öz bölgəsinə investisiyaların cəlb edilməsinin həcmi və keyfiyyəti ilə ölçüləcək. Bu, yerlərdə bürokratiyanın azalmasına, sahibkarlar üçün şəraitin daha yaxşılanmasına xidmət edəcək. İxrac yönlü məhsulların istehsalının artması yeni iş yerlərinin yaradılmasına, Azərbaycan brendinin dünyada tanıdılmasına, qlobal böhrandan asılı olmayaraq, ölkə daxilində iqtisadi stabilliyə gətirib çıxaracaq.

Hesab edirəm ki, ölkə başçısının çıxışı hər bir məmur tərəfindən əlində qələm ciddi şəkildə oxunmalı və fəaliyyətləri üçün əsas prinsip olaraq götürülməlidir”.