XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 April 2017 - 14:26

Türkmənistan prezidenti:“Xəzərin statusu ilə bağlı Konvensiya imzalanmaq üçün hazırdır”

"Xəzər dənizinin statusu ilə bağlı Konvensiya imzalanmaq üçün hazırdır. Bu proses Xəzəryanı dövlətlərin Qazaxıstanda keçiriləcək növbəti sammitində artıq baş tuta bilər".

 Rusiya KİV xəbər verir ki, bunu Qazaxıstana rəsmi səfəri zamanı Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov deyib.

 Qeyd edək ki, bundan əvvəl Rusiya pezidentinin xüsusi nümayəndəsi İqor Bratçikov Xəzəryanı dövlətlərin hamısının ümumi razılığa gəlməsinin və Konvensiyanın yekun varinatı üzrə razılığın əldə olunmasının çox yaxın olduğunu bildirib.