XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 November 2015 - 07:08

Heydər Əliyev ilk dəfə səs verdi

Prezident İlham əliyevin oğlu Heydər Əliyev ilk dəfə səs verib.

Azərtc xəbər verir ki, Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə səs verib.

Məntəqə seçki komissiyasının sədri Rüfət Həsənov ilk dəfə səs verməsi münasibətilə ölkə başçısının oğlu Heydər Əliyevi Mərkəzi Seçki Komissiyasının adından təbrik edib.

Qeyd edək ki, bu seçki məntəqəsində 696 seçici qeydiyyata alınıb.
Məntəqədə səsvermənin gedişini xarici müşahidəçilər, habelə qeyri-hökumət təşkilatlarının, müxtəlif siyasi partiyaların və namizədlərin nümayəndələri izləyiblər.