106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən Milli Məclisin deputatlığına namizəd, Ədalət Partiyasının sədri İlyas İsmayılovun seçki qərargahından verilən məlumata görə, bu dairənin seçki məntəqələrində saxtakarlıq halları qeydə alınmaqdadır.
Belə ki, yerli icra orqanları tərəfindən bir seçiciyə bir neçə bülletenin verilməsi, qutuya topa şəklində bülletenlərin atılması, kənar şəxslərin məntəqə ərazisindən kənarlaşdırılmaması, bülletenlərin məntəqə sədrinin otağında qanunsuz olaraq saxlanılması hallarına rast gəlinir.
Məlumatda qeyd olunur ki, bütün bunlarla bağlı aktlar tərtib olunmaqdadır. Seçki qərargahının etirazlarına isə bəzi məntəqə üzvləri “Prezident Aparatı tərəfindən belə təlimat aldıqlarını” bildiriblər. (AzPolitika.info)
Strateq.az-a çatan məlumata görə, yerli icra strukturları bu dairədən xanım namizədin seçilməsi üçün çalışırlar.