XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

24 Aprel 2017 - 10:11

Bu gün AŞPA-nın yaz sessiyası başlayır-Türkiyə ilə bağlı  hesabat müzakirə olunacaq

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası işinə başlayır.

"Report"un məlumatına görə, sessiya zamanı AŞPA-nın vitse-prezidenti, Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) hakim vəzifələrinə seçkilər keçiriləcək, Büro və Daimi Komitənin hesabatları dinləniləcək. Parlamentarilər Bolqarıstanda keçirilmiş parlament seçkilərinin monitorinqinin nəticələrinə, Türkiyənin demokratik institutlarının fəaliyyətinə dair hesabatları müzakirə edəcəklər.

Avropa Şurasının baş katibi Tyurbyorn Yaqland və Yunanıstan Prezidenti Prokopis Pavlopulos AŞPA deputatları önündə çıxış edəcəklər.

AŞPA sessiyası işinə aprelin 28-də yekun vuracaq.