XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

24 Aprel 2017 - 13:42

Fazil Mustafa:“Dini təbliğat zərərli, kriminal iş deyil...”

“Azərbaycanda kifayət qədər ixtisaslaşmış dini kadrların hazırlanması imkanı və potensialı o qədər də geniş olmadığından, xaricdə təhsil alanların fəaliyyətinə imkan verilməlidir”.

Bunu Milli Məclisin (MM)  İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, başqa ölkələrdə yüksək səviyyəli universitetlərin, təhsil müəssisələrinin olması Azərbaycanın da bu potensialdan istifadə etməsinə imkan verir: “Bu iş təbii ki, müvafiq icra orqanının razılığı ilə olmalıdır. Müsbət haldır ki, xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarının dini ayinlər icra etməsi ilə bağlı olan bəzi qadağaların elə də böyük məna daşımadığı ortaya çıxdı və bu məhdudlaşma indi müəyyən qədər ortadan qaldırılır. “Dini etiqad azadlığı haqqında” qanunda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılmasının qadağan edilməsi məsələsinə yəqin ki, gələcəkdə yenidən qayıdacağıq. Dini təbliğat zərərli, kriminal iş deyil. İstənilən şəxs “Quran”a, “İncil”ə və digər dini ktaba istinad edərək, dini təbliğat apara bilər”.

O, əlavə edib ki, buna görə, həmin şəxsləri məsuliyyətə cəlb etmək olmaz: “Bu variant bu cür verilə bilər: müvafiq icra orqanının dini mərkəz tərəfindən dəvət edilən  əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən razılaşdırılmamış formada kütləvi yerlərdə dini təbliğat aparılması qadağan edilir.  İki nəfər arasında dini mübadiləyə görə, məsuliyyətə cəlbetmə insan hüquqlarına zidd addım olar”. (Gununsesi.info)