XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

24 Aprel 2017 - 18:26

Gürcüstanda siyasi partiya öz üzvlərinin əsgərliyə getməməsi üçün kilsə təsis edib

Gürcüstanın siyasi partiyası hərbi çağırışdan möhlət almağa çalışan kişilərə kömək etmək üçün dini təşkilat yaradıb.

Gürcüstanda nəşr edilən "Liberali" jurnalında dərc edilmiş məlumata əsasən, Qirçi partiyası ("Qirçi" gürcücə "şam qozası" deməkdir – red.) bu ilin mart ayında Ədliyyə Nazirliyində dini qurumunu qeydiyyatdan keçirərək həmin təşkilatı keşiş vəsiqələri tərtib etmək səlahiyyəti ilə təmin edib.

"Gürcüstan qanunvericiliyi keşişləri hərbi çağırışdan azad edir", – deyə partiyanın rəhbəri Iaqo Xviçia izah edib: “Əgər belə bir sənədi olan şəxs hərbi xidmətə çağrılırsa, bu onun hüquqlarının birmənalı və kobud şəkildə pozulması deməkdir".

Gürcüstanın Xristian Yevangelist Protestant Tövrat Azadlığı Kilsəsi adlı yeni dini qurumun rəhbərliyi təşkilatın sıralarına, necə deyərlər, hər küçədən keçəni qəbul etmədiklərinə inandırmağa çalışıb. "Təşkilatın üzvü faşist, homofob və ya ksenofob ola bilməz",-deyə  Iaqo Xviçia bildirib – "Təşkilata üzv olan, cəmiyyətdə azadlıq ideyalarını yaymağa borcludur".

Qirçi partiyası ötən ilin noyabr ayında Gürcüstanda bərpa edilmiş hərbi çağırışın əleyhinədir.

Yeni dini təşkilatın təsis edilməsi, bundan sonra problemlərlə üzləşə biləcəyini anlayan Gürcüstan ordusunun diqqətindən kənarda qalmayıb: "Bu qanun dəyişməz qalarsa, hərbi çağırışı təmin etmək çətin olacaq", – deyə ordu sözçüsü "Netgazeti" nəşrinin xəbər portalına bildirib.

Qirçi partiyasının üzvü Nika Oboladze isə Netgazeti nəşrinə deyib ki, partiya, sadəcə olaraq Gürcüstanın insan haqları qanunvericiliyində mövcud olan imkanlardan yararlanıb. "Biz bu imkanı gördük və ondan istifadə etdik", – partiya təmsilçisi izah edib.(BBC)