XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

02 Noyabr 2015 - 07:52

“Hər hürən itin qabağına sümük atmıram…” – Araz Əlizadə İqbal Ağazadəni təhqir etdi

ASDP sədri Araz Əlizadə parlament seçkilərindəki rəqibi, ümid Partiyasının sədri İqbal Ağazadə üzərində qələbəsinə münasibət bildirib.

Strateq.az xəbər verir ki, ASDP sədri ölkə.az-a açıqlamasında Ağazadənin uduzmaq səbəblərindən danışıb:

“Hər hürən itə sümük atmıram. Hara müraciət edir, etsin. Kişi uduzmağı bacarmalıdır. Həmin komissiyaların iştirakı ilə İqbal Ağazadə 3 dəfə mandat qazanıb. indi uduzub deyə, saxtakarlıqdan danışır? Zəvzəkləyir də özü üçün. İqbal Ağazadənin ən böyük səhvi o idi ki, üçüncü dəfə deputat seçiləndən sonra seçiciləri yox, özünü və ailəsini düşündü. Buna görə də, seçicilərlə görüşmək istəyəndə, seçicilər ondan üz döndərdilər. Adam elə bildi ki, 90-ci illərdi, bu da oliqarxdı. Səlahiyyətli nümayəndəm olan gənc qadının evinə gədə-güdə göndərdi. Sonra biz hüquq-mühafizə orqanlarına müraicət etdik, o adamı tutdular. Ardınca DSK-ya Eynulla Fətullayevin imzası ilə saxta məktub təqdim etdi. Eynullanın dəst-xətti bizə məlumdur, onu da prokurorluğa vermişik. Adam bu qədər həyasız olmaz”.
 
Qeyd edək ki, İqbal Ağazadə və Araz Əlizadə 35 saylı Xəta üçüncü Seçki Dairəsində Milli Məclis üzvlüyü uğrunda mübarizə aparırdılar. Hazırki nəticələrə görə, Araz Əlizadə İqbal Ağazadəyə qalib gəlir.