XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

02 Noyabr 2015 - 09:02

35 saylı Xətai III Seçki Dairəsində müəmmalı vəziyyət – MSK nəticələri gizlətdi

 

Budəfəki parlament seçkilərində ən gərgin mübarizənin getdiyi 35 saylı Xətai III Seçki Dairəsində müəmmalı vəziyyət dərinləşir.

 

Strateq.az MSK-nın saytına istinadən xəbər verir ki, artıq bu dairədə ilkin nəticələr qurumun saytından silinib.

Onu da qeyd edək ki, bu dairədə ilkin nəticəyə görə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə ümid Partiyasının sədri İqbal Ağazadəyə qalib gəlirdi. Hətta ASDP sədridə  “mən qalib gəlmişəm”, – deyə, təbriklər qəbul etməklə yanaşı, rəqibinin ünvanına təhqir yağdırmaqla, qələbəsinə inamı artırırdı. 

Ancaq MSK qalan 27 məntəqədə səsləri açıqlamaq əvəzinə, bu dəfə elan edilən 6 məntəqədəki səsləri də ləğv edib. Daha dəqiqi, MSK-nın saytında qeyd edilən nəticələr silinərək, dairə üzrə kimin nə qədər səs toplaması silinib. Bu isə ondan xəbər verir ki, Araz əlizadənin sevincinə baxmayaraq, hələlik həmin dairədən kimi deputat seçilməsi bəlli deyil. Yəqin ki, günün sonunda deputatın kimliyi bəlli olacaq.

Strateq.az