XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

25 Aprel 2017 - 15:25

“Ankara tədricən Avropadan uzaqlaşır” –Politoloqdan Ərdoğanın Rusiya səfərinə şərh

"Avropa ölkələri bir ağızdan deyirlər ki, Türkiyə ilə əməkdaşlıqda maraqlıdırlar, ancaq bu ölkənin Prezidenti Rəcəb Təyyub Ərdoğanla münasibətləri istiləşdirmək fikirləri yoxdur. Bu o deməkdir ki, Ərdoğan prezident olduğu müddətdə bir çox Avropa ölkəsinə rəsmi səfərə dəvət edilməyəcək. Bəs, bunun əvəzində nə baş verir?".

Strateq.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ərdoğanın mayın 3-də Rusiyaya səfərini şərh edərkən qeyd edib.

Politoloq bildirib ki, rəsmi Ankara Avropadan tədricən uzaqlaşır: 

"Ərdoğanın qarşıda səfər edəcəyi ölkələr Rusiya, Hindistan və Çindir. Bu seçim ona gətirib çıxarır ki, Ankara tədricən Avropadan uzaqlaşır".

Politoloqun sözlərinə görə, bu gərginlik hər iki tərəfin zərərinədir:

"Ərdoğanı gələn həftə Rusiyada gözləyirlər. Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarını Soçiyə dəvət edib. Ərdoğan səfər öncəsi Putinə xoş sürpriz edib. Rusiya vətəndaşlarının Türkiyədə vizasız qalma müddəti 60 gündən 90 günə qədər uzadılıb.

Səfərdə hHeç çübhəsiz əsas mövzu Suriya olacaq. Bundan başqa, Putin Türkiyəni Rusiya-İran ittifaqına yaxınlaşdırmaq istəyir. Elə Ərdoğanın özü də Rusiya-İran-Türkiyə üçlüyü içərisində dialoqun genişlənməsinin tərəfdarıdır. Növbəti üçlü görüşün Tehranda həyata keçirilməsi planlaşdırılır. Ancaq bu İranda prezident seçkisindən erkən baş verməyəcək”.