Noyabrın 1-də keçirilmiş parlament seçkiləri ilə bağlı Müsavat Partiyası, “Real” və “NİDA” Vətəndaş Hərəkatı birgə bəyanat yayıblar.
Strateq.az-a daxil olan bBəyanatda deyilir:
“Müsavat Partiyası, “REAL” Vətəndaş Hərəkatı, “NİDA” Vətəndaş Hərəkatı:
– Siyasi məhbusların azad edilmədiyi;
– Azad və ədalətli seçkilərin keçirilməsi üçün normal mühitin yaradılmadığı;
– Seçki komissiyalarının hakimiyyətin tam nəzarəti altında qaldığı;
– Bərabərhüquqlu təbliğat imkanlarının təmin edilmədiyi;
– İctimai diskussiyaların təşkil edilməsi məqsədi ilə namizədlərə pulsuz efir vaxtının ayrılmadığı;
– Nəticə etibarilə faktiki alternativsizlik şəraitində və repressiya dalğası altında keçirilən seçkilərin nəticələrini tanımadığını bəyan edərək;
Azərbaycan hakimiyyətindən 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş seçkilərin nəticələrinin ləgv edilməsini, siyasi məhbusların dərhal azadlığa buraxılmasını, seçki qanunvericiliyində zəruri islahatların aparılmasını və 2016-cı ildə təkrar seçkilərin keçirilməsini tələb edir”.