XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

26 Aprel 2017 - 13:36

Novruz Məmmədov:"Trampla problemləri olan Skott Dvorkin başqaları haqqında yalan danışmaqla təsəlli tapır"

Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin sədri Novruz Məmmədov onun haqqında yalan məlumatlar yayan ABŞ-lı siyasətçiyə yenidən müraciət edib.

Trend-in məlumatına görə o, “Trampa qarşı demokratik koalisiya”nın direktorlarından biri Skott Dvorkinə “Twitter” səhifəsindən müraciət yayımlayıb.

N.Məmmədov üzr istəməsini gözlədiyini bildirib:

“Mən bir həftə sizdən üzrxahlıq gözlədim, amma siz səssizliyi qorumağa üstünlük verdiniz. Görünür ki, sizin kimilər müəyyən şəxs haqqında ictimai rəy formalaşdırıb, istənilən şeyləri yazmağı sevirlər”.

N.Məmmədovun fikrincə, S.Dvorkin ABŞ Prezidenti Donald Trampla problemlərini nəzərə alaraq, tanımadığı insanlar haqqında nağıllar uydurmaqla təsəlli tapır.