XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

26 Aprel 2017 - 16:28

Rusiyanın xarici işlər naziri:“Qarabağ probleminin həllində çox çətin maneələr var”

“Rusiya ATƏT-in Dağlıq Qarabağ, Dnesteryanı problemlərinin həllinə kömək cəhdlərini qiymətləndirir. Biz ATƏT-in həmçinin Cənubi Qafqazda təhlükəsizlik və sabitliyə dair Cenevrdə aparılan diskussiyalarda pozitiv iştirakını görürük”.

Strateq.az bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri  Sergey Lavrov  ATƏT-in baş katibi Zanerlə birgə keçirdiyi mətbuat konfrasnıda bildirib.    

S.Lavrovun sözlərinə görə, Moskva beynəlxalq qurumun Ukraynadakı münaqişənin həlli üçün göstərdiyi səylərini qiymətləndirir: “Bütün bu istiqamətlər üzrə çox çətin maneələr var. “Xarici oyunçular”ın qənaəti belədir ki, bütün bu problemləri həll etmək üçün münaqişə tərəflərinə kompromislər axtarması üçün şərait yaratmaq lazımdır”.   

Lavrov bildirb ki, Rusiya beynəlxaq arenda ATƏT-in möhkəmlənməsinin tərəfdarıdır.

Strateq.az