XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

26 Aprel 2017 - 18:03

Neft Bakısı və Berlin:Alman biznesmenləri Azərbaycana niyə pul qoymur?

Rusiya hökuməti yanında Maliyyə Universitetinin dünya maliyyə və iqtisadiyyatı depratamentinin professoru, tarix elmləri doktoru  Boris Zaritski Almaniyanın keçmiş SSRİ məkanında fəaliyyəti ilə bağlı araşdırma məqaləsində bu ölkənin Azərbaycanla əlaqələrini də təhlil edib.

Strateq.az bildirir ki, professor Almaniya-Rusiya əlaqələri ilə bərabər digər postsovet ölkələrində alman əməkdaşlığının səviyyəsi ilə bağlı maraqlı məqamları təqdim edib. O, hesab edir ki, son illərdə Almaniya ilə postsovet ölkələri arasında iqtisadi tərəfdaşlıq bütün göstəricilər üzrə pisləşib. Azərbaycan da bu sıradadır: “Almaniya üçün Azərbaycanın əhəmiyyəti ilk növbədə neft amili ilə bağlıdır. Azərbaycan Almaniyaya neft ixrac edən kifayət qədər iri ixracatçıdır. Bakı bu məsələdə səkkizinci yeri tutur. Almaniyanın siyasi rəhbərliyi zamanında MDB-də ilk neft kəməri olan, Rusiyadan yan keçən Bakı-Tiflis-Ceyhan kəmərini, Bakı-Tiflis-Ərzurum qaz kəmərini dəstəkləyib. Bu ölkənin Transatlantik Qaz Kəmərini (TAP) də dəstək verəcəyi gözləniləndir. Bu yanaşma AFR-in enerji strategiyasının əsas postulatlarından biridir: Rusiyadan asılılığı azaltmaq, Avropaya enerji daşıyıcıları ilə bağlı marşrutların diversifikasiyası…”

Professor araşdırmasında qeyd edir ki, alman biznesi Azərbaycanın digər sahələrində investisiya aktivliyi ilə fərqlənmir. Belə ki, ötən illərdə qeyr-neft sektoruna cəmi 405 milyon dollar pul qoyulub. 2016-ci ilin iyununda Berlində Alman-Azərbaycan iqtisadi forumunda çıxış edən prezident İlham Əliyev “Biz Azərbaycanda daha çox alman şirkətlərini görmək istərdik” demişdi.  Öz növbəsində Almaniyanın iqtisadiyyat naziri Z.Qabriel bildirmişdi ki, Azərbaycan indiyə qədər ÜTT-yə üzv olmaqdan və Avropa Birliyi ilə asossiyasiya sazişini imzalamaqdan imtina edir: “2015-ci ildə Azərbaycanla Almaniya arasında mal mübadiləsi 10 faiz azalaraq 2,8 milyard avro təşkil edib. 2016-cı il üçünsə ikitərəfli ticarətdə eniş qeydə alınıb. Ticarət 38,5 faizə enib. Bunun əsas səbəbi neftin qiymətinin düşməsidir. Azərbaycan Almaniyanın xarici ticarət tərəfdaşları siyahısında 61-ci yerdədir. Amma tərəflər bir-birinə olan marağı itirməyiblər”.

Professor qeyd edib ki, Azərbaycanın da Almaniyaya qarşı öz  iddiaları var. Bakının fikrincə, bu, ilk növbədə Qarabağ münaqişəsi ilə bağlı Berlinin Azərbaycana aktiv siyasi dəstək verməməsidir: “Başqa tərəfdən isə Almaniya Azərbaycan üçün mal idxalının həcminə görə, Rusiya, Türkiyə, Britaniyadan sonra dördünücü böyük dövlətdir. Azərbaycan AFR-lə ticarətdə müsbət saldonu saxlayır və ölkənin iqtisadiyyatının modernləşməsi və diversifikasiyası üçün alman kapitalının iştirakında çox maraqlıdır”.

Strateq.az