XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 November 2015 - 03:45

Türkeş: “MHP-yə iqtidar qismət olmasın”

“MHP-yə iqtidarda olmaq qismət olmasın”.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Baş naziri Əhməd Davudoğlunun müavini Toğrul Türkeş Tvitter hesabında yazıb. O bildirib ki, MHP sədri Dövlət Baxçalı insanların haqqını yeyir:

“İnsanların haqlarını yeyən lider. Partiyadan zorla qovduğu şəxsə pul təklif edir. Allah bunlara hakimiyyətə gəlməyi qismət etməsin. Türkiyə böyük fəlakətdən qurtuldu. Millətimiz var olsun”.