XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

03 Noyabr 2015 - 09:36

Bu dəfə kimlər deputat olmadı? – SİYAHI

IV çağırış Milli Məclisdə təmsil olunan, lakin noyabrın 1-də keçirilən parlament seçkilərində mandat qazanmayan deputatlar var. MSK-nın elan etdiyi ilkin nəticələrə görə, 1 noyabrda keçirilən V çağırış parlament seçkilərində bu deputatlar parlamentə mandat qazanmayıblar:

İsmayıl Hacıyev – 6 saylı Culfa-Babək seçki dairəsindən, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü

Etibar Hüseynov – 15 saylı Yasamal birinci seçki dairəsindən, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü

Abel Məhhərəmov – 16 saylı Yasamal ikinci seçki dairəsindən, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü

Qalib Salahzadə – 27 saylı Sabunçu ikinci seçki dairəsindən, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü

İqbal Ağazadə – 35 saylı Xətai üçüncü seçki dairəsindən, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü

Aydın Abbasov – 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü

Leyla Abdullayeva – 41 saylı Sumqayıt birinci seçki dairəsindən, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü

Arif Alışanov – 45 saylı Abşeron seçki dairəsindən, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü

Arif Əşrəfov – 55 saylı Xaçmaz şəhər seçki dairəsindən, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü

Fərhad Qəribov – 57 saylı Kürdəmir seçki dairəsi, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü

Cəlal Əliyev – 62 saylı Saatlı seçki dairəsindən, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü

Ceyhun Osmanlı – 63 saylı Sabirabad birinci seçki dairəsindən, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü

Sabir Rüstəmxanlı – 72 saylı Yardımlı-Masallı seçki dairəsindən, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü

Aslan Cəfərov – 77 saylı Astara seçki dairəsindən, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü

Ayaz Orucov – 81 saylı Beyləqan seçki dairəsindən, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü

Ərəstun Cavadov – 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü

Elton Məmmədov – 91 saylı Ucar seçki dairəsindən, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini

İlyas İsmayılov – 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü

Əhməd Vəliyev – 107 saylı Qazax seçki dairəsindən, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü

Rəbiyyət Aslanova – 109 saylı Balakən seçki dairəsindən, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri

Nazim Fərəcov – 121 saylı Laçın seçki dairəsindən, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü

Mandat qazanmayanların sayı 21-dir.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasnın ilkin nəticələrinə görə, ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub. Yəni 5 milyon 198 min 658 seçicinin 2 milyon 890 mindən çoxu seçkidə iştirak edib. Bu isə ötən parlament seçkilərindən təxminən 6 faiz çoxdur. ötən gün Azərbaycanda 125 seçki dairəsi üzrə liderlik edən namizədlər açıqlanıb(Trend).