XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

28 Aprel 2017 - 10:28

Mövlud Çavuşoğlu:“AŞPA bu qərara görə peşman olacaq”

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) peşman olacaq.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib. AŞ PA-nın Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarını şərh edən nazir qurumun büdcəsinə ən çox ödəniş edən ölkələrdən birinin Türkiyə olduğunu bildirib: "Bu ödənişin həcmini azaldacağıq, minimum ödəmə edəcəyik. Nümayəndə heyəti göndərib-göndərməməyi də dəyərləndiririk. Ata biləcəyimiz başqa addımlar da var. Bilsinlər ki, buna peşman olacaqlar".

Qeyd edək ki, aprelin 25-də AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.

Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.(Trend)