XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

28 Aprel 2017 - 15:30

Mirmahmud Mirəlioğlu:“Belə adamların dilini kəsmək lazımdır…”

“Bəziləri bir qədər də irəli gedərək deyirlər ki, Azərbaycanda rus dilinə ikinci status vermək lazımdır. Belə adamların dilini kəsmək lazımdır ki, otursunlar yerlərində, Azərbaycanın müstəqilliyinə əl uzatmasınlar və başlarından böyük danışmasınlar”.

Strateq.az bildirir ki, bu sözləri KXCP sədri Murmahmud Mirəlioğlu 28 aprel 1920-ci ildə Azərbaycanın sovet Rusiyası tərəfindən işğalını qəbul etməyənlərin bununla bağlı açdıqları müzakirəni teleqraf.com-a şərh edərkən deyib.

Onun sözlərinə görə, 1991-ci ilin 18 oktyabrında qəbul edilən "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında birmənalı yazılıb ki, 1920-ci ilin 28 apreli işğal aktıdır: “Bu, bizim konstitusiyamızda təsbit edilib. İndi kim başqa cür danışırsa, gedib Rusiyaya qoşulsun, öz işləri ilə məşğul olsun. Bir dövr Azərbaycanda özündən müştəbeh alimlər vardı və yazırdılar ki, Azərbaycan 28 apreldə Rusiyaya ilhaq edilməyib, könüllü şəkildə birləşdirilib. Kifayət qədər belə yalan kitablar yazdılar, alim oldular, elmi adlar aldılar, professor oldular, amma heç adam olmadılar. Dünyasını dəyişib getdilər”.

Sabiq deputatın sözlərinə görə, 28 aprel  tarixi öz obyektiv qiymətini almayıb: “Əgər bu tarixi hadisə öz obyektiv qiymətini alsaydı, biz söhbətimiz zamanı özünə hörmət etməyən, amma bizim hörmət etdiyimiz adları çəkməzdik. Bu gün sadəcə təhlükə, təzyiq var. Məncə, bu tarix mütləq qiymətini tapmalıdır. Əgər bu gün Türkiyə və Azərbaycan şahinləri birgə təlim keçirlərsə və buna dözməyən Rusiya Xəzərdə donanma təlimlərinə başlayıbsa, deməli, 28 aprel təhlükəsi tam sovuşmayıb. Biz hesab edirik ki, Azərbaycan hökuməti, parlamenti, siyasi və ictimai qurumları ayıq-sayıq olmalıdır”.