XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Aprel 2017 - 19:28

Abid Şərifov:"Nəvəm də qorxaraq zəng etdi ki, baba sənə nə olub?"

"Hər bir insan xəstələnə bilər".

“Report” xəbər verir ki, bunu Baş nazirin müavini Abid Şərifov deyib. Onun sözlərinə görə, xəstələnmək vəzifəsindən, durumundan asılı olmayaraq baş verir: "Maraqlıdır, kimsə xəstələnəndə, kiminsə başına hadisə gələndə bunu insanlara çatdırmaq üçün sevinirik? Mənim də yaşım da az deyil. Mənim guya ölümcül halda ürək əməliyyatı üçün xaricə aparıldığımı yazmışdılar. Nəvəm də qorxaraq zəng etdi ki, baba sənə nə olub? Ona görə də xahiş edərdim ki, gərək nəsə məlumat yazanda insanlara qarşı etik normaları qorusunlar. Ən azından adi normalara uyğun məlumat yaysınlar”.