XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

03 Noyabr 2015 - 13:36

KXCP parlamenti legitim saymadı – Partiya yeni seçki tələb edir

Bu gün KXCP İdarə Heyətinin növbəti  iclası keçirilib.

Partiyadan Strateq.az-a daxil olan məllumata görə, toplantıda  01 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş seçkilər müzakirə edilib. Müzakirə nəticəsində partiya bəyanatla çıxış edib.

Bəyanatda seçki zamanı imza toplama, təbliğat – təşviqat və seçki günü həyata keçirilən kütləvi qanun pozuntuları olduğu bəyan edilərək, parlamentin yeni tərkibi qeyri – legitim hesab olunub. Eyni zamanda, KXCP 01 noyabrda keçirilmiş “seçkilər”in nəticələrini tanımaqdan imtina etdiyini bildirərək, yenidən seçki keçirilməsini tələb edib.

Strateq.az