XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

02 Aprel 2015 - 10:09

Mixail Saakaşvili Gürcüstana gələcək

İnterpol onun axtarışı barədə sorğuya heç bir reaksiya verməyib

Картинки по запросу mixail saakaşvili

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili “112 Ukrayna” telekanalına verdiyi müsahibədə bildirib ki, Gürcüstan daxil olmaqla bir çox ölkələrin taleyi Ukraynada baş verən hadisələrdən asılıdır.

Strateq.az “Грузия-онлайн”-a isnadən xəbər verir ki, Saakaşvili deyib: “Ukraynalı həmkarlarımla birgə işləmək mənim üçün böyük şərəfdir”.

Onun sözlərinə görə, İnterpol onun axtarışı barədə sorğuya heç bir reaksiya verməyib: “çünki bu, siyasi işdir və İnterpolun nizamnaməsi siyasi işlərə qatılmağı qadağan edir. Mən Gürcüstana gedəcəyəm, təbii ki, olduqca tez bir zamanda azad insan kimi gedəcəyəm və öz ölkəmi Putinin təsirindən azad edəcəyəm. Son illərdə yetərincə həyata keçirdiyimiz islahatları davam etdirəcəyəm“.