XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

04 Noyabr 2015 - 06:41

Səməd Seyidov AŞPA-da mühim posta təyin edildi

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi Komitəsinin büro iclasında Avropa Konservatorlar Partiyasının sədri Kristofer çopun səlahiyyətlərinə xitam verilib. O, eyni zamanda, Avropa Şurasının Avropa Konservatorlar Partiyasının sədri vəzifəsindən geri çağrılıb.

Mia.az AzərTac-a istinadən xəbər verir ki, Avropa Şurasında Avropa Konservatorlar Partiyasının sədr müavini, bu qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov 2016-cı il yanvarın 25-dək sədr təyin edilib.

Beləliklə, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yanvarın 25-dək Avropa Şurasının ən mühüm qurumlarının –prezident komitəsində, büro iclaslarında Avropa Şurasını təmsil edəcək və 5 partiyanın sədrləri ilə birgə Avropa Şurası siyasətini formalaşdıranlardan biri olacaq.

Onu da qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi bürosunda siyasi partiyaların fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. 

AŞPA-da 5 siyasi partiya fəaliyyət göstərir və Azərbaycan nümayəndə heyətinin əksəriyyəti Avropa Konservatorlar Partiyasının üzvüdür.