XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

04 Noyabr 2015 - 13:55

Hökumət hansı partiyalara pul verəcək? – SİYAHI

Azərbaycanda daha bir parlament seçkiləri arxada qaldı, Milli Məclisin yeni tərkibi formalaşdı. Mərkəzi Seçki Komissiyası (MSK) qaliblərin ilkin siyahısını ictimaiyyətə təqdim edib və çətin ki, Konstitusiya Məhkəməsi bu siyahıda dəyişiklik qərarı çıxarsın. 

Yeni parlament üzvlərinin siyahısına əsasən, ən çox deputat mandatını yenə də hakim partiya qazanıb. Belə ki, iqtidarda olan Yeni Azərbaycan Partiyası (YAP) 71 mandata sahiblənib. Təzə deputatların 42-si bitərəfdir. Qalan 12 mandat 11 siyasi partiya arasında bölünür. 

Strateq.az Modern.az-a istinadən parlament partiyalarının siyahısını təqdim edir:

Yeni Azərbaycan Partiyasl – 71 mandat,
Vətəndaş Həmrəyliyi Partiyası – 2 mandat (Fəzail İbrahimli, Rafael Hüseynov)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – 1 mandat (Qüdrət Həsənquliyev),
Demokratik İslahatlar Partiyası – 1 mandat (Asim Mollazadə), 
Böyük Qurtuluş Partiyası – 1 mandat (Fazil Mustafa),
Milli Dirçəliş Hərəkatı Partiyası – 1 mandat (Fərəc Quliyev),
“Ana Vətən” Partiyası – 1 mandat (Fəzail Ağamalı), 
Vətəndaş Birliyi Partiyası – 1 mandat (Sabir Hacıyev).
Azərbaycan Sosial Rifah Partiyası – 1 mandat (Xanhüseyn Kazımlı),
Vəhdət Partiyası  – 1 mandat (Tahir Kərimli), 
Azərbaycan Demokratik Maarifçilik Partiyası – 1 mandat (Elşən Musayev),
Azərbaycan Sosial Demokrat Partiyası – 1 mandat (Araz Əlizadə).

Qeyd edək ki, bu partiyalar seçkidə qazanılan qələbəyə görə dövlətdən maliyyə dəstəyi alacaq. Sonuncu üç partiya ilk dəfədir bu maliyyə dəstəyini əldə edib. 

Əvəzində parlamentdəki yerini itirən Ədalət Partiyası (İlyas İsmayılov) və ümid Partiyasına (İqbal Ağazadə) verilən dövlət maliyyəsi kəsiləcək.

Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsi üçün 2015-ci ilin dövlət büdcəsində 2 milyon 500 min manat vəsait nəzərdə tutulub. Bu məbləğ 2014 və 2013-cü illərdə də eyni idi.

Qeyd edək ki, Milli Məclisdə təmsil olunan siyasi partiyalara vəsait  “Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə əsasən bölünür. Bu qanuna görə, dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Laki seçkinin nəticələriinə əsasən belə partiya olmadığından hər il təxminən 250 min manat vəsait bölüşdürülməmiş qalır.

Qanunvericiliyə əsasən, siyasi partiyaların maliyyələşdirilməsi üçün ayrəlmış vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür. Bu zaman söhbət yuxarıda siyahısı verilən 12 siyasi təşkilatdan gedir ki, onlardan da ən çox maliyyə əldə edən YAP olur.