XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

05 Noyabr 2015 - 11:38

35 saylı dairədə nəticələr ləğv edilir? – MSK-nın saytı təsdiqlədiyi rəqəmləri sildi

iqbal-araz.jpg

Noyabrın 1-də keçirilən seçkilərdə ən çox müzakirə olunan və gündəmdə qalan dairə 35 saylı Xətai 3-cü seçki dairəsi oldu. Hazırda dairədəki nəticələr ətrafında başlayan proses hər gün yeni macəraya qədəm qoyur. MSK tərəfindən Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadənin qələbəsi elan olunsa da, digər iddiaçı ümid Partiyasının sədri İqbal Ağazadə nəticələrin saxtalaşdırıldığını bildirmişdi.

İ.Ağazadə üç məntəqədən protokolları əldə edə bilmədiyini, məhz bu məntəqələr üzrə A.Əlizadəyə 2800 səs yazıldığını və bunun hesabına onun qalib elan olunduğunu bəyan etmişdi.

Mərkəzi Seçki Komissiyasının saytında 35 saylı dairə üzrə nəticələr sıfırlanıb. Bu isə, dairənin nəticələrinin yaxın günlərdə ləğv olunacağı anlamına gələ bilər.

Məsələ ilə bağlı İ.Ağazadə ilə əlaqə saxladıq. Partiya sədri məlumatın doğru olduğunu bildirdi: “MSK-nın saytında dairənin nəticəsi sıfırlanaraq silinib. Bu məlumat doğrudur. Dairənin nəticələrinin ləğv olunması barədə bir söz deyə bilmərəm. Əlimizdə olan faktlar hesab edirəm ki, kifayət qədər müsbət rol oynayacaq. Mübarizəmizi davam etdirəcəyik. Əlimizdəki protokollarla seçkini udmuşuq. Seçkinin qalibi faktiki olaraq, bizik. üç məntəqə ilə bağlı iddiamız davam edir. Bundan başqa bütün dairə üzrə olan protokollarla bağlı iddialarımız var. Sona qədər iddiamızı davam etdirəcəyik”.

musavat.com