XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 May 2017 - 19:36

Cənubi Koreya Azərbaycanınərazi bütövlüyünü dəstəkləyir

Azərbaycanla Cənubi Koreya arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq üzrə əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar var.

Azərtac xəbər verir ki, bu sözləri Cənubi Koreyanın ölkəmizdəki səfiri Kim Çanq-gyu Masallı rayonuna səfəri zamanı bildirib.

Koreyalı diplomat və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq, xatirəsini ehtiramla yad ediblər.

Sonra rayon icra hakimiyyətində səfirlə görüş keçirilib. Görüşdə Masallının tarixi, kənd təsərrüfatı və sənaye potensialı, mədəniyyəti, əhalinin məşğulluğu və rayonun turizm potensialı barədə koreyalı qonağa məlumat verilib.

Səfir Kim Çanq-gyu səfərindən məmnunluğunu bildirərək, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həllində maraqlı olduğunu diqqətə çatdırıb.

Masallıya ilk dəfə səfər etdiyini deyən cənubi koreyalı diplomat rayonun onda xoş təəssürat yaratdığını, ölkəsinin şəhərləri ilə Masallı rayonu arasında əməkdaşlığa, humanitar istiqamətlərdə müxtəlif layihələrin həyata keçirilməsinə dəstəyini əsirgəməyəcəyini bildirib.

Səfir Masallıya səfəri çərçivəsində Heydər Əliyev Mərkəzində, Uşaq-İncəsənət Məktəbində, Tarix-Diyarşünaslıq Muzeyində, “ASAN həyat” kompleksində, Bayraq Meydanı və Azərbaycanın Dövlət Rəmzləri Muzeyində olub, rayonun gözəl və əsrarəngiz təbiətini seyr edib.

Heydər Əliyev Parkında “Halay” folklor kollektivinin və Heydər Əliyev Mərkəzinin rəqs qrupunun çıxışları qonaqlarda xoş təəssürat yaradıb.