XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

05 Noyabr 2015 - 13:16

MSK Elza ilə bağlı şikayəti rədd etdi – SƏBƏB
 
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 54 saylı Şabran-Siyəzən Seçki Dairəsəndən deputatlığa namizəd olan Elza Seyidcahanın (Qasımova) namizədliyini müdafiə edən iki seçicinin şikayətinə baxılıb.
 
Şikayətdə bildirilib ki, noyabrın 1-də parlament seçkilərində E.Seyidcahanın təmsil olunduğu dairələrin nəticələri ləğv edilməlidir.
 
MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, E.Seyidcahan şikayəti öz adından deyil, ona səsverən seçicilərin adından MSK-ya ünvanlayıb. Ekspert Qrupunun araşdırması nəticəsində məlum olub ki, müraciətdə seçki dairəsinin nəticəsinin ləğv olunmasına dair konkret faktlar yoxdur. O da məlum olub ki, müraciət edən şəxslər həmin seçki dairəsinin ərazisində yaşamırlar. Ona görə də MSK şikayəti təmin etməyib(AzVision.az)