Xocalı soyqırımının tanınması ilə bağlı Rusiya Dövlət Dumasına təqdim edilmək üçün petitsiya hazırlanıb.
Strateq.az bildirir ki, bu barədə Milli Məclisin Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə “Yeni Müsavat”a müsahibəsində bildirib.
Komitə sədri deyib ki, petitsiya rusiyalı tanınmış politoloq Oleq Kuznetsov tərəfindən hazırlanıb. Rusiyalı politoloq hazırda Bakıdadır və onunla bu mühüm məsələ barədə müzakirə aparılır: “Onunla danışmışdıq ki, görək necə edək, lazım olan səslər yığılsın. Petitsiyanın Dumaya çıxarılması üçün 200 min səs tələb olunur. İki ay ərzində cəmi 16 min 400 səs yığılıb. Petisiyanın da müddəti 6 aydır, artıq iki ayı gedib”– deyə, A.Rəhimzadə vurğulayıb.
Deputat qeyd edib ki, səsvermə prosesini təşkil etmək üşün diasporadan, Prezident Administrasiyasından, Təhsil Nazirliyindən nümayəndə cəlb olunub: “Rektorlar da iştirak edir. İndi görək bu qurumlar hərəsi nə edir. Hər halda, bütün kanallardan istifadə etmək lazımdır”.
A.Rəhimzadənin sözlərinə görə, petisiyada 200 min səs yığılsa, Rusiya Dövlət Dumasında Xocalı soyqırımının tanınması məsələsinə baxılmalıdır.